“Füzuli rayonundan çox yaxşı xəbərlər gələcək” - <font color=red> PREZİDENT</font>

Siyasət

15.10.2020 - 17:28

İlham Əliyev: “Həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir”

 

“Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində deyib.

 

Ölkə başçısı qeyd edib ki, həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir.

 

“Füzuli rayonunun bir sıra kəndlərini biz işğalçılardan azad etdik. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, - deyə Prezident İlham Əliyev bildirib.

Müəllif: Ayna.az