FTB-nin bir neçə məmuru istefaya getməlidir: ultimatum alıblar

Dünya

31.01.2025 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

Bildiriş alan rəhbər işçilər arasında bir neçə icraçı direktor köməkçisi də var

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbərliyindən bir neçə yüksək rütbəli məmur vəzifələrindən istefa vermələrini və ya “gələn bazar ertəsi” könüllü şəkildə istefa vermələrini tələb edən ultimatumlar alıb. AYNA-nın xəbırinə görə, bu barədə “The Washington Post”a kəşfiyyat idarəsindəki üç mənbə bildirib.

Məlumatda qeyd olunub ki, istefa və ya təqaüdə çıxmaq tələbi ilə bildiriş alan rəhbər işçilər arasında bir neçə icraçı direktor köməkçisi də var.

“The Washington Post” yazıb ki, bu yüksək vəzifəli məmurlar cinayət araşdırmalarına və milli təhlükəsizlik məsələlərinə nəzarət etmək üçün məsuliyyət daşıyırlar.

Qeyd olunub ki, sözügedən şəxslərin heç də hamısı pensiya yaşına çatmayıb və bu, təqaüdə çıxanda onların pensiyaya çıxanda alacaqları müavinətlərdən məhrum ediləcəyi anlamına gələ bilər.

FTB-nin rəsmi nümayəndəsi bu məlumatı qəzetə şərh etməkdən imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş