"Hraparak": Fransanın Sünik bölgəsindəki konsulluğu iyunun 2-də açılacaq
İyunun 2-də Qorisdə Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünik bölgəsində (Zəngəzur) Fransa konsulluğunun açılış mərasimi keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
"Rusiya 2023-cü ildən Sünikdə konsulluq açmağa çalışsa da, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə bu cəhdləri dayandırdı. Amma Fransanın bir neçə ay əvvəl dilə gətirdiyi istəkləri yaxın günlərdə reallaşacaq. "Qoris Frankofonları İttifaqı” ictimai təşkilatının rəhbəri Karmen Apunts artıq konsulluğun açılacağını bildirib. Konsulluq sırf hərbi, kəşfiyyat məqsədi daşıyacaq və kollektiv Qərbə xidmət edəcək”, - yazıda qeyd edilib.