Fransada son sutkada koronavirusdan 100 nəfər ölüb

Dünya

03.06.2020 - 07:43

Fransada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Fransanın koronavirusdan ölüm hallarının sayı son 13 gündə yenidən 100-ü keçib. 

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, son sutka ərzində yeni növ virusdan 107 nəfər dünyasını dəyişib. Ölkə üzrə ölüm hallarının sayı 28940-a yüksəlib.

 

Qeyd edək ki, Fransa koronavirusdan ölənlərin sayına görə dünyada beşinci ölkədir.

Müəllif: Ayna.az