Fransada məscid terror təbliğatı səbəbindən bağlanıb

Dünya

27.10.2021 - 14:11

İddiaya görə, Allon kommunasındakı məsciddə silahlı cihad çağırışları edilib

Fransanın Sarta Departamentinin Prefekturasının əmri ilə Allon kommunasında yerləşən məscid 6 ay müddətinə bağlanıb. AYNA xarici mediaya istinadla bildirir ki, səbəb məsciddə terrorizmin təbliğ edildiyi göstərilir.

Fransa Daxili İşlər Nazirliyinin bəyanatında deyilir: “Bu məsciddə oxunan xütbələr əsasən silahlı cihada haqq qazandırır, eyni zamanda, Fransaya nifrət bəsləyir”.

“France Bleu”nun yazdığına görə, yerli imamlar Fransa xalqını kafirlər və islamofoblar adlandırıblar.

Polisin araşdırması nəticəsində məlum olub ki, məscidi idarə edən Cust Milieu və Əl Qalam dini birlik rəhbərlərini 2020-ci ildə islamofoblarla mübarizəyə çağırıb və Fransanın İslam dininə müharibə elan etdiyini bildiriblər. Sarta Departamentinin Prokurorluğu hazırda yerli müsəlman icmasının nümayəndələrinin fəaliyyətini araşdırır.

Müəllif: Ayna.az