Fransada koronavirusdan ölənlərin sayı artıb

Dünya

23.06.2020 - 02:42

Hazırda ölkə xəstəxanalarında 9 693 insan müalicə edilir

 

Fransa xəstəxanalarında son bir gündə daha iyirmi üç nəfər koronavirusdan ölüb, bununla da pandemiya qurbanlarının ümumi sayı 29,6 min nəfəri ötüb.

 

AYNA xarici mətbuata  istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

"Fransada epidemiyanın başlanğıcından 29 663 insan ölüb, onlardan 19 206-sı xəstəxanalarda vəfat edib”, - rəsmi məlumatda deyilir.

 

Sosial və tibbi-sosial müəssisələrdə ölənlər barədə məlumatlar iyunun 23-də yenilənəcək.

 

Qeyd edilir ki, hazırda ölkə xəstəxanalarında 9 693 insan müalicə edilir. Son gün ərzində virusa yoluxmuş daha 142 pasiyent xəstəxanaya yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində 701 insan müalicə edilir. Son 24 saatda daha 16 xəstə reanimasiya şöbələrinə yerləşdirilib.

 

Epidemiyanın başlanğıcından Fransada demək olar ki, 104 min insan xəstəxanalara yerləşdirilib, onların 18 mindən çoxu reanimasiyada müalicə edilib. Ölkədə koronavirusdan 74,6 min insan sağalaraq evə buraxılıb.

Müəllif: Ayna.az