Son sutkada 18 mindən çox yoluxma faktı qeydə alınıb
Fransada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
AYNA xəbər verir ki, bu bardə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Belə ki, ötən gün ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 18 181 nəfər artaraq 5 890 062 nəfərə, ölənlərin sayı isə 33 nəfər artaraq 111 525 nəfərə çatıb.
Hazırda müalicəsi davam edən 474 401 xəstədən 2 300 nəfərin vəziyyəti ağır qiymətləndirilir.