Fransada COVID-19-la bağlı son vəziyyət

Dünya

12.08.2020 - 05:12

Koronavirus can almaqda davam edir 

 

Fransada yeni növ koronavirus (COVID-19) epidemiyasından ölənlərin sayı 30 354-ə yüksəlib.

 

AYNA xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son sutkada ölkədə yoluxmuş insanların sayı 1397 nəfər artaraq 226 820-ə çatıb.

 

Son 24 saatda xəstəxanalarda 14 nəfərin ölümü qeydə alınıb.

 

Pandemiya ölkədə sürətlə yayılmaqda davam edir.

Müəllif: Ayna.az