Fransa Super Kubokunun qalibi bəlli olub

İdman

02.08.2021 - 07:59

Həkimlər Klinikalar SEO Xidməti

“Lill” klubu PSJ-ni məğlub edərək kuboku qazanıb

 

Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib. AYNA xəbər verir ki, görüşdə son çempion “Lill” və bürünc mükafatçı Paris Sen-Jermen” (PSJ) klubları qarşılaşıb.

 

Gərgin keçən görüşün taleyini bir qol həll edib. Matçın 45-ci dəqiqəsində "Lill" klubunun yarımmüdafiəçisi Şeka fərqlənərək komandasına yeni mövsümdə ilk kuboku qazandırıb. Beləliklə, “Lill” klubu ilk dəfə Super Kubokun qalibi olub.

 

Qeyd edək ki, ötən mövsümdə 83 xal toplayan "Lill" klubu tarixində dördüncü dəfə Fransa çempionu adını qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş