“Çelsi” - “Tottenhem” görüşündə hesab açılmayıb
Noyabrın 29-da İngiltərə Premyer Liqasında 10-cu turun daha bir oyunu keçirilib. AYNA-nın xəbərinə görə, London derbisində “Çelsi” və “Tottenhem” komandaları üz-üzə gəlib. Gərgin keçən derbidə hesab açılmayıb.
Bu görüşdən sonra “Çelsi” 19 xalla üçüncü, 21 xalı olan “Tottenhem” isə liderliyini davam etdirir.