Floydun qətlinə görə Yunanıstanda etirazlar başlayıb

Dünya

04.06.2020 - 12:50

“Nəfəs ala bilmirəm” deyə qışqıran etirazçılara qarşı polis gözyaşardıcı qazdan istifadə edib

 

Yunanıstanda etiraz aksiyaları başlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, paytaxt Afinada minlərlə insan ABŞ səfirliyinə yürüş edib. Fəallar Corc Floydun ölümündən əvvəlki son sözlərini şüar kimi səsləndirib.

 

“Nəfəs ala bilmirəm” deyə qışqıran etirazçılara qarşı polis gözyaşardıcı qazdan istifadə edib. Sosial mediada etirazçıların polisə “Molotov kokteyli” atdıqları ilə bağlı görüntülər də yayılıb. Fəallar arasında həbs edilənlərin olduğu deyilir.

Müəllif: Ayna.az