Floydun qətlinə görə İngiltərədə etirazlar davam edir

Dünya

13.06.2020 - 15:30

ABŞ-da Corc Floydun polis tərəfindən öldürülməsinə qarşı etirazlar Avropa ölkələrində davam etməkdədir

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda yüzlərlə nümayişçi toplaşaraq etiraz edib. İlk olaraq Hayd Parkda toplaşan nümayişçilər Parlament binası, ABŞ səfirliyi, Trafalgar meydanına doğru yürüş ediblər. Nümayişçilər etirazlarını sakit şəkildə ifadə edib, evsizlər üçün qida paylayıb. İngilis polisi tərəfindən nəzarətə alınan nümayiş sakit şəkildə başa çatıb.


Qeyd edək ki, ölkədəki olaylarla bağlı açıqlama verən İngiltərənin baş naziri Boris Conson, “Keçmişimizi dəyişə və ya ona senzura qoya bilmərik”  deyərək hücum edilmiş heykəl və abidələrin əvvəlki nəsillər tərəfindən qurulduğunu söyləyib. 

 

Conson cəmiyyətdə mübahisəli şəxsiyyətlərin heykəllərinin qaldırılmasına, “Bu, tariximizlə bağlı yalan deməkdir” , - deyə münasibət bildirib. 

 

Müəllif: Ayna.az