Filippin sahillərində güclü zəlzələ olub

Dünya

05.08.2026 - 13:20

Sunami təhlükəsi elan edilməyib

Filippin sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən 7500 nəfər əhalisi olan Sarangani əyalətindən 24 kilometr cənub-qərbdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş