FHN-in Türkiyədə olan yanğın-xilasetmə qrupu Azərbaycana qayıdır

Xəbərlər

16.08.2021 - 09:52

Həkimlər Klinikalar SEO Xidməti

Meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib

 

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş ölkəyə yollanmış Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qrupları avqustun 16-da vətənə qayıdır.

 

AYNA xəbər verir ki, qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş