FHN-in komandanı Şuşada Solovyovla görüşüb

Xəbərlər

20.11.2020 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

Qarabağ bölgəsindəki humanitar məsələlər müzakirə edilib

 

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev bu gün Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

 

Nazirlikdən AYNA-ya bildirilib ki, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

 

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş