FHN azad edilmiş ərazilərimizdə yerli strukturların təşkilinə başlayıb

Xəbərlər

09.11.2020 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

 

Nazirlikdən AYNA-ya bildirilib ki, artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb.

 

Həmçinin, Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub. Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş