“Fənərbağça” liderliyə yüksəlib

İdman

04.10.2021 - 05:16

Həkimlər Klinikalar SEO Xidməti

“Qalatasaray” səfərdə “Rizəspor”u 3:2 hesabı ilə üstələyib

Futbol üzrə Türkiyə çempionatının VIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Kasımpaşa”nı qəbul edib. AYNA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

Günün digər matçında isə “Qalatasaray” səfərdə “Rizəspor”u 3:2 hesabı ilə üstələyib. "Yeni Malatyaspor" isə öz meydanında "Hatayspor"a 2:0 hesabı ilə uduzub. "Qaziantep" isə doğma divarlar arasında "Altay"ı 4:1 hesabı ilə məğlub edib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 19 xalla "Fənərbağça" başçılıq edir. Ondan bir xal geri qalan "Trabzonspor" ikinci, 17 xal toplayan "Beşiktaş" isə üçüncü pillədə qərarlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş