Faktiki hava açıqlandı

Cəmiyyət

16.03.2020 - 22:33

Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb

 

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AYNA-ya verilən xəbərə görə, martın 16-sı saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. 

 

Şimal-qərb küləyi arabir Naftalanda 30 m/s, Neftçalada 26 m/s, Tər-tər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Sumqayıt və Zabratda 20 m/s, Bakıda 26 m/s, Maştağada 25 m/s, Neft Daşlarında 23 m/s- dək güclənib.

 

Şahbuz, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Tər-tər, Zərdab, Yardımlı, Lənkəran, Astara, Kişçay (Şəki) və Xaltanda yağış, Şahdağ, Qrız, Xınalıq, Sarıbaş(Şəki), Gədəbəy, Daşkəsən və Göygöldə qar yağıb.

Müəllif: Ayna.az