Əyani dərsə başlayan şagirdlərin sayı açıqlanıb

Xəbərlər

01.02.2021 - 10:43

628 min 651 şagird əyani olaraq tədrisə başlayıb

 

Bu gündən ibtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, bu siniflər üzrə 628 651 şagird əyani olaraq tədrisə başlayıb.

 

Məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq tədrisi ənənəvi olaraq davam etdirir.

 

 

Müəllif: Ayna.az