“Ev heyvanlarının gəzidirilməsindən sui-istifadə edilməməlidir” - <font color=red> Kamran Əliyev</font>

Xəbərlər

12.06.2020 - 17:37

cedabet dərman SEO Xidməti

“İcazəsi olanlar ailə üzvlərini avtomobillərində gəzdirməsinlər"

 

Bu həftə sərt karantin rejimində işləyən qurumların əməkdaşları şəxsi avtomobillərindən istifadə edə biləcəklər. AYNA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Operativ Qərargahın brifinqdə deyib:

 

"Bu şəxslər avtomobillərinin dövlət qeydiyyat nömrə nişanını icaze.gov.az portalında qeydiyyatdan keçirməlidirlər. Xahiş edirik ki, istisna olmayan hallar xaric, icazəsi olmayan şəxsləri, ailə üzvlərini avtomobillərində gəzdirməsinlər".

 

Kamran Əliyev qeyd edib ki, ev heyvanlarının gəzidirilməsi zamanı sui- istifadə hallarına yol verilməməlidir: "Gündəlik olaraq ölüm hallarının artması hər bir şəxsin öhdəliklərə əməl etməsinin vacibliyini göstərir. Hər kəsdən xahiş edirik ki, tələb olunan qaydalara çox ciddi riayət etsinlər. Tətbiq olunan sərt karantin rejiminə böyükdən kiçiyə hər kəs ciddi əməl etməlidir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş