Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb

Xəbərlər

26.05.2025 - 15:23

cedabet dərman SEO Xidməti

Baş Prokurorluq əsgərin ölümü ilə bağlı məlumat yayıb

Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş