Ermənistanın daha bir yüksək rütbəli hərbçisi məhv edilib

Xəbərlər

25.10.2020 - 16:22

Polkovnik-leytenant Aşot Çobanyan oktyabrın 15-də öldürülüb

 

Azərbaycan Ordusu əks-hücum əməliyyatlarında Ermənistan silahlı qüvvələrinin daha bir yüksək rütbəli hərbi qulluqçusunu məhv edib. Bu barədə AYNA düşmən ölkə mətbuatına istinadən bildirir.

 

Məlumatda qeyd olunub ki, məhv edilən hərbçi 1978-ci il təvəllüdlü polkovnik-leytenant Aşot Çobanyandır. O, Gürcüstanın Cavaxetiya bölgəsinin Ninotsminda rayonunda anadan olub.

 

Çobanyan 22 il Ermənistan silahlı qüvvələrində xidmət edib və bir neçə il öncə təqaüdə çıxıb. Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayanda yenidən döyüşə qatılıb. Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən məhv edilib.

 

Müəllif: Ayna.az