Düşmən ölkədə daha 397 nəfər koronavirusa yoluxub
Ermənistanda son sutkada 397 nəfər koronavirusa yoluxub. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən məlumat verilib.
Son 24 saatda isə 16 nəfər virusdan ölüb. Ermənistanda pandemiya dövründə ümumilikdə 17 min 64 nəfər COVID-19-a yoluxub. Hazırda xəstəxanalarda 10 min 409 nəfər müalicə olunur. 6 min 276 nəfər sağalıb, 285 xəstə ölüb.