Hadisə yerinə polis əməkdaşları cəlb edilib
Ermənistanın Gümrü şəhərində yaşayış evlərindən birinin həyətində partlayış olub.
AYNA xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Şirak əyalətinin prokuroru Qurgen Qriqoryan deyib.
Onun sözlərinə görə, hadisə təxminən saat 15:40-da baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Bildirilir ki, partlayış nəticəsində 2 nəfər həlak olub. İlkin məlumata əsasən, həlak olanlardan biri hərbçidir.
Hazırda partlayışla əlaqədar araşdırma aparılır.