Paşinyanın yaxın ətrafı seyrəlməkdədir
İrəvan Ağsaqqallar Şurasının üzvü İsabella Abqaryan Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu "Mənim addımım" blokundan çıxmaq üçün ərizə yazıb. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, Abqaryan ərizəsini 18 noyabr tarixində təqdim edib.
Xəbərdə qeyd olunur ki, Ağsaqqallar Şurasının “Mənim addımım” blokunda daha bir təmsilçisi, məşhur memar Arsen Karapetyan da istefaya hazırlaşır.
Qeyd edək ki, Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətdən sonra üçtərəfli bəyanata imza atan Baş Nazir Nikol Paşinyanın yaxın ətrafı vəzifələrindən istefa verirlər. Erməni mediası, istefaları “Mənim addımım” blokunun dağıldığı kimi xarakterizə edir.