Ermənistanda etirazçılar Müdafiə Nazirliyinə hücum ediblər

Dünya

09.04.2021 - 17:53

Polislə vətəndaşlar arasında qarşıdurma yaranıb

 

Müharibə zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri Müdafiə Nazirliyi binasına hücuma keçiblər. Bu barədə AYNA “Azadlıq” radiosunun erməni xidmətinə istinadən bildirir.

 

Qeyd edilib ki, etirazçılar nazirlik binasına hücum edərək dəmir qapını yerindən çıxarmağa cəhd göstəriblər. Polislə vətəndaşlar arasında qarşıdurma yaranıb.

 

Xatırladaq ki, dünəndən etibarən erməni hərbçilərin valideynləri və yaxınları Müdafiə Nazirliyi binası qarşısında aksiya keçirirlər. Onlar Müdafiə Nazirliyinin rəhbərliyindən Azərbaycanda saxlanılan erməni terrorçularının qaytarılmasını tələb edirlər.

Müəllif: Ayna.az