Etirazçılar suvarma suyu ilə təmin olunmalarını tələb edirlər
Ermənistanın Armavir bölgəsində gərginlik yaranıb. AYNA erməni mediasına istinadən bildirir ki, bölgənin bir neçə kəndinin sakinləri Eçmiədzin-Aştarak magistral yolunun Mrqastan kəndindən keçən hissəsini bağlayıblar.
Etirazçılar Armavir Su İstifadəçiləri Cəmiyyətinin məsul şəxslərindən vəd edilmiş suvarma suyunun verilməsini tələb edirlər.
Kənd sakinləri yolu bir müddət bağlı saxlayıblar. Ancaq Vaqarşapat polisinin hadisə yerinə gəlişindən sonra etirazçılar ilə danışıqlar aparılıb. Bundan sonra yol açıldı.
Kənd sakinləri problem həll olunmasa, artıq güzəştə getməyəcəklərini və yolu yenidən bağlayacaqlarını bildiriblər.