Ermənistanda koronavirusla bağlı son vəziyyət açıqlanıb
Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1331 yoluxma halı qeydə alınıb.
AYNA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 271 205 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 20 ölüm halı qeydə alınıb. Bununla da indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5529 nəfərə çatıb.