Ermənistanda güclü zəlzələ olub
Yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində Göyçə gölünün yanında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
AYNA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.