Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı səs verib

Dünya

09.12.2020 - 16:14

Azərbaycan, Türkmənistan və Özbəkistan səsvermədə iştirak etməyib

 

Birləşmiş Millətlər Təşkilatında (BMT) Ukrayanın Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsi ilə bağlı iclas keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, iclasda Rusiya qoşunlarının Krımı tərk etməsi tələbi ilə bağlı səsvermə keçirilib.

 

Səsvermə zamanı 63 ölkə qərarı dəstəklədiyi halda, 17 ölkə buna qarşı çıxıb. Rusiya qoşunlarının Krımda qalmasını dəstəkləyən ölkələr arasında Rusiya ilə yanaşı, İran, Ermənistan, Çin, Belarus və s. yer alıb.

 

Türkiyənin lehinə səs verdiyi qərarla bağlı səsvermədə Azərbaycan, Türkmənistan və Özbəkistan kimi ölkələr iştirak etməyib.

Müəllif: Ayna.az