Ermənistan Parlamentində ölkənin Aİ-yə qəbulu müzakirə ediləcək

Dünya

11.02.2025 - 09:18

Həkimlər Klinikalar SEO Xidməti

Parlamentin “dördgünlük iclası”nın gündəliyinə ümumilikdə səkkiz qanun layihəsi daxil edilib

Ermənistan Parlamentinin plenar iclasının gündəliyinə ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsi daxil edilib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə qanunverici orqanın saytında məlumat yerləşdirilib.

“Milli Assambleyanın reqlamentinə uyğun olaraq, Milli Assambleyanın fevralın 11-dən çağırılan sessiyalarının gündəliyinə aşağıdakı məsələ daxil edilsin: “Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında”, - məlumatda qeyd olunub.

Parlamentin növbəti “dördgünlük iclası”nın gündəliyinə ümumilikdə səkkiz qanun layihəsi daxil edilib.

Qeyd edək ki, yanvar ayında Ermənistan Nazirlər Kabineti ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq qərarı ilə bağlı qanun layihəsini təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş