Ermənistan ordusunun mövqeləri darmadağın edilib - <font color=red> RƏSMİ</font>

Siyasət

29.09.2020 - 23:49

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb

 

Azərbayan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

 

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

 

"Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir", - Nazirlikdən bildirilib. 

Müəllif: Ayna.az