Ermənistan KTMT-yə maliyyə ayırmayacaq

Dünya

31.03.2025 - 19:56

Həkimlər Klinikalar SEO Xidməti

Rəsmi İrəvan sazişi imzalamaqdan imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə təşkilatın maliyyələşdirilməsinə dair sazişi imzalamaqdan imtina etdiyini bildirib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd edilib.

“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığını və müvafiq olaraq bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmən bildirib”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, “KTMT-nin daxili prosedurlarına uyğun olaraq, təşkilatın illik büdcəsi haqqında məlumat ictimaiyyətə açıqlanmayacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş