Ermənilərin Su-25 təyyarəsinin vurulması iddiasına rəsmi cavab

Siyasət

29.09.2020 - 19:49

Müdafiə Nazirliyi məlumat yayıb 

 

“Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”.

 

AYNA-nın xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

 

"Erməni KİV-in Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır", - o əlavə edib.

Müəllif: Ayna.az