Ermənilərin mülkilərimizə qarşı cinayətlərinin statistikası

Xəbərlər

07.12.2020 - 17:09

100 mülki vətəndaş həyatını itirib, 416 isə yaralanıb

 

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlərin statistikası açıqlanıb.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, erməni silahlı birləşmələrin atəşi nəticəsində 100 mülki vətəndaş həyatını itirib, 416 isə yaralanıb.

 

Həmçinin 4186 yaşayış evi, 548 mülki obyekt, 135 çoxmərtəbəli bina yararsız hala düşüb.

Ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı cinayətlərinin statistikası açıqlanıb

Müəllif: Ayna.az