Ermənilərin köçü deputatları üz-üzə qoydu: “Bu, faciəmizdir”

Dünya

03.02.2021 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Hakim partiyanın deputatı ilə müxalifətdən olan deputat bir-birini ittiham edib

 

Ermənistan Parlamentinin bu gün keçirilən iclasında hakim "Mənim addımım" Partiyasının deputatı Hayk Gevorqyanla, müxalifət “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Naira Zöhrabyan arasında söz dueli yaşanıb. AYNA erməni mətbuatına istinadən bildirir ki, deputatlar arasındakı gərginlik ermənilərin ölkəni tərk etməsi ilə bağlı olub.

 

Zöhrabyan qeyd edib ki, Gevorqyan bəzi aviaşirkətlərin bir istiqamətə bilet satmasının səbəbini öyrənmək üçün Zvartnots Hava Limanına heyətlə getməlidir: “Araşdırma aparılmalıdır ki, niyə vətəndaşlara birtərəfli bilet satılır, niyə vətəndaşlar gediş bileti alır, dönüş bileti almır?! Bu gün İrəvandan Moskvaya birtərəfli uçuş biletinin qiyməti 1050 ABŞ dollarıdır”.

 

“İnsanların vətənlərini ailələri və mülkləri ilə birlikdə tərk etməsi bizim faciəmizdir. Biz ermənilərin öz yurdlarında qalması üçün nə edəcəyimizi tapmaq əvəzinə dilənçi hakimlərin sayını artırmaqla məşğuluq. Çünki layiqli hakimlər həbs qərarı verməkdən imtina edirlər. Ölkədəki saxtakarlığı, zorakılığa haqq qazandırmaq üçün ləyaqətsiz hakimlərin sayını çoxaltmaqla məşğuluq”.

 

Gevorqyan isə həmkarına bildirib ki, mühacirət rəqəmlərinə baxmaq lazımdır: “Ermənistandan 2008-ci ildə 23100, 2009-cu ildə 25000, 2010-cu ildə 46700, 2011-ci ildə 43800, 2012-ci ildə 42800, 2013-cü ildə - 31200, 2014-cü ildə 41700, 2015-ci ildə 43400, 2016-cı ildə 26900 erməni ölkədən köç edib. Hansı ki, həmin dövrdə sizin partiyanız hakim partiya ilə koalisiyada idi. Bir növ, hökumətə həm də siz cavabdehlik daşıyırdınız”.

 

Qeyd edək ki, son günlər Ermənistanda yaranan böhranlı vəziyyətdən biri də, ermənilərin ölkəni tərk etmələridir. Sosial vəziyyəti ağır olan ermənilər İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda iqtisadi böhranın daha da dərinləşəcəyini bilirlər. Ac ermənilər geri dönüşü olmayan bilet alaraq xarici ölkələrə qaçırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş