Ermənilər Tovuz və Ağstafanı atəşə tutub

Xəbərlər

04.11.2020 - 11:58

Düşmən minaatan və atıcı silahlardan istifadə edib

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, noyabrın 4-ü saat 1:08-dən 8:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub.

Müəllif: Ayna.az