“Ermənilər mülki əhaliyə qarşı əldəqayırma raketdən istifadə edib”

Xəbərlər

18.11.2020 - 16:50

Hikmət Hacıyev: “Oxşar silahlar əsasən Suriyada istifadə olunub”

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Füzuli rayonuna səfər edib. AYNA xəbər verir ki, H.Hacıyev bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb.

 

H.Hacıyev ANAMA nümayəndələrinin Füzuli rayonunda əldəqayırma raket qurğularını təmizlədiyi ərazilərdə olub.

 

Prezidentin köməkçisi Ermənistan ordusunun mülki əhalinin sıx yaşadığı kəndlərə qarşı əldəqayırma raket qurğularından istifadə etdiyini vurğulayıb: “Oxşar silahlar əsasən Suriyada istifadə olunub”.

Müəllif: Ayna.az