Ermənilər Laçını da tərk edərkən yanğınlar törədirlər

Xəbərlər

26.11.2020 - 14:20

Həkimlər Klinikalar SEO Xidməti

Qapı-pəncərə çərçivələrini, elektrik kabellərini söküb aparırlar

 

Ermənilər Kəlbəcər rayonunu tərk edərkən etdikləri vandalizmi Laçında da təkrarlayırlar. AYNA xəbər verir ki, ermənilər Laçın rayonunu tərk edərkən evləri yandırır, qapı-pəncərə çərçivələrini, elektrik kabellərini söküb aparırlar.

 

Bu barədə görüntülər erməni mediasında yayılıb. Ermənilər bunun səbəbini belə izah edirlər: “İstəmirik tikdiklərimiz azərbaycanlılara qalsın”.

 

Əslində isə düşmən bununla öz yalanlarını və vandal xislətini bir daha ortaya qoymuş olur. Çünki onların tərk etdiyi evlər vaxtilə azərbaycanlıların olub. İşğaldan sonra qeyri-qanuni köçürmə nəticəsində onlar Laçında məskunlaşdırılıblar.

 

Xatırladaq ki, ermənilər Kəlbəcəri və Ağdamı tərk edərkən də bu cür əməllərə əl atıblar.

 

Qeyd edək ki, noyabrın 10-da bağlanmış üçtərəfli müqaviləyə əsasən, erməni işğalçıları dekabrın 1-də Laçın rayonunu tamamilə tərk etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş