Ermənilər dəfn mərasiminə top atdı: ölənlər və yaralananlar var

Xəbərlər

15.10.2020 - 14:08

Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb

 

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Bu barədə AYNA “Report”a istinadən xəbər verir. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

 

Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.

 

Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə, ilkin məlumatlara, görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.

 

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Müəllif: Ayna.az