Erməni hərbçi ölümcül yaralanıb

Dünya

07.11.2021 - 23:02

Vardaryan silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb

Erməni hərbçi silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb. AYNA erməni mediasına istinadla bildirir ki, hadisə noyabrın 7-də saat 04:20-də baş verib.

Şimal-şərq istiqamətində yerləşən Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissəsinin döyüş mövqeyində müddətli xidmətdə olan hərbi qulluqçu, kiçik çavuş Qriqor Saakoviç Vardanyan (2001-ci il təvəllüdlü) silahla davranış qaydalarını pozması nəticəsində ölümcül yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az