Berat Albayrakın səhhətində problem yarandığı bildirilir
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak vəzifəsindən istefa verib. AYNA xəbər verir ki, bu barədə Albayrakın şəxsi "Instagram" səhifəsində qeyd olunub.
Türkiyə mediası nazirin səhhətində problem yarandığına görə istefa verdiyini yazıb.
Onu da qeyd edək ki, B.Albayrakın “Twitter” səhifəsi də bağlanıb.
Xatırladaq ki, Albayrak 2015-ci il parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilib. Xəzinə və maliyyə naziri vəzifəsinə 2018-ci ildə gətirilib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.