Ərdoğanın Bakı səfəri ilə bağlı planda dəyişiklik edilib

Xəbərlər

08.12.2020 - 13:58

Türkiyə Prezidenti bu gün yox, sabah gələcək

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bu gün deyil, sabah gələcək. AYNA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, bu Türkiyə dövlət başçısının Qarabağdakı atəşkəsdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşü olacaq.

 

Qeyd edilir ki, Prezident Ərdoğanın Bakı səfəri iki gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək, atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

 

İki lider, atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti və Birgə Mərkəz üçün fəaliyyətləri müzakirə edəcəklər.

 

Bundan başqa danışıqlar zamanı Ankara və Bakının birlikdə atacağı addımlarla bağlı qiymətləndirmələr də həyata keçiriləcək.

 

Qeyd edək ki, Türkiyə Prezidentinin bu gün Bakıya səfər edəcəyi bildirilmişdi. 

Müəllif: Ayna.az