Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Dünya

24.02.2020 - 18:07

cedabet dərman SEO Xidməti

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulur

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfər edəcək. AYNA xəbər verir ki, səfər proqramı ilə bağlı Türkiyə Prezident Adminstrasiyası İctimaiyyətlə Əlaqələr İdarəsi rəsmi açıqlama yayıb.

 

Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

 

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısı ilə bağlı görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri bütün səviyyələrdə nəzərdən keçiriləcək, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.

 

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulur.

 

Şuranın iclası ilə əlaqədar ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verəcək müxtəlif saziş və memorandum mətnlərinin imzalanması da gündəmdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş