Türkiyə Prezidenti: “Minsk Qrupunun üzvü kimi buna haqqımız çatır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi ətrafından cərəyan edən son hadisələrdən danışıb. AYNA “HaberGlobal”a istinadən bildirir ki, Türkiyə lideri ölkəsinin münaqişədəki roluna toxunub.
“Azərbaycan haqlı tələbini ortaya qoyur. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Türkiyənin də ən azı Rusiya qədər sülh prosesində iştirak etmək hüququna sahib olduğuna inanıram. ATƏT-in Minsk Qrupunun üzvü kimi buna haqqımız çatır”, - deyə Ərdoğan vurğulayıb.