Ərdoğan Merkellə Qarabağdakı gərginliyi müzakirə edib

Siyasət

06.10.2020 - 18:16

Türkiyə Prezidenti Almaniya Kansleri ilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı barədə danışıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkel ilə videokonfrans şəklində görüş keçirib.

 

AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdə Türkiyə-Almaniya,Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi və Liviyadakı hadisələrlə birlikdə, Azərbaycan-Ermənistan məsələsi də başda olmaqla regional məsələlər müzakirə edilib.

 

Türkiyə lideri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin probleminin köklü bir şəkildə həll edilməsi üçün BMT qətnamələrinin və beynəlxalq hüquq tələblərinin yerinə yetirilməli olduğunu vurğulayıb.

Müəllif: Ayna.az