XİN başçıları Türkiyə Prezidentinin Azərbaycana səfərinin detallarını müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-10 dekabr tarixlərində Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasında telefon danışıqları zamanı Qarabağdakı proseslə əlaqədar qiymətləndirmə aparılıb.
Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın səfərini də qiymətləndirib və detalları müzakirə ediblər.