Türkiyə Prezidenti təbii qaz sahəsində əməkdaşlıq sazişini təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiq edib. AYNA.AZ xəbər verir ki, qərar “Resmi Gazete”də dərc edilib.
Qeyd edək ki, 2024-cü il mayın 14-də İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” imzalanıb.