“MAQATE İranın nüvə məsələsinin sülh yolu ilə həllində rol oynaya bilər”
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda MAQATE-nin baş direktoru Rafael Qrossi ilə məsləhətləşmələrdən sonra beynəlxalq təşkilatın İrana qarşı müstəqil mövqe tutacağına ümid etdiyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Əraqçi sosial şəbəkə hesabında yazıb.
"Biz Agentliyin siyasətdən kənarda saxlanmasına yönəlmiş və texniki məsələlərə diqqət yetirmək məqsədi daşıyan missiya ilə Qrossiyə etibar etməyə meylliyik", deyə nazir yazıb.
Əraqçi qeyd edib ki, Qrossi ilə məsləhətləşmələri “faydalı” olub: “Yaxın aylarda MAQATE İranın nüvə məsələsinin sülh yolu ilə həllində rol oynaya bilər”, - deyə nazir bildirib.