"ABŞ Prezidenti müharibənin əvvəlində iki söz dedi: qeyd-şərtsiz təslim olmaq”
“Artıq silahlı münaqişənin ilk ayında ABŞ İrandan sülh yolu ilə nizamlanma üzrə danışıqlara razılıq verməsini istəyib”. AYNA.AZ İRNA-ya istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"ABŞ Prezidenti müharibənin əvvəlində iki söz dedi: qeyd-şərtsiz təslim olmaq. Bizdən bunu istədilər. 20 gündən sonra həmin düşmən danışıqlar üçün bizə yalvardı", - nazir bildirib.
O, İranın həm hərbi, həm də diplomatiya məsələlərində ABŞ-ı geridə qoyduğuna əminliyini ifadə edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan etmişdi ki, məhz İran ABŞ-a danışıqlar üçün yalvarıb. Eyni zamanda, Tehranı danışıqların baş verdiyini inkar etməkdə ittiham edib.